cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqa klubunda yeni müqavilə

09.11.2019 13:28 Oxundu 384


“Bernli” hücumçusu Kris Vudla müqavilənin müddətini uzadıb. 

Cempion.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Yeni Zelandiya milli komandasının üzvü ilə yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayına qədərdi. Əvvəlki müqavilə isə 2021-ci ilə qədər idi.

Kris Vud “Bernli”ə 2017-ci ilin yayında “Lids”dən gəlib. 27 yaşlı forvard “Bernli”də 82 oyuna çıxıb, 28 qola imza atıb.