çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Almaniya Futbol Federasiyasından maraqlı qadağa

09.11.2019 18:00 Oxundu 431


Almaniya Futbol Federasiyası ölkə milli komandasının qadın haqlarının pozulduğu ölkələrdə oynamasına qadağa qoyub.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, bu haqda qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

“Bundan sonra biz milli komandamızın qadınların stadiona və digər idman obyektlərinə girişini məhdudlaşdıran ölkədə oynamasına qadağa qoyuruq. Mənim təklifimlə İcraiyyə Komitəsinə təklif edilə layihə yekdilliklə qəbul olunub” – deyə Almaniya Futbol Federasiyasının prezidenti  Frits Keller bildirib.