09.11.2019 18:33
458

"Qalatasaray" Superliqanın 11-ci turunda səfərdə "Qaziantep" ilə matça ciddi itkilərlə çıxacaq.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun 4 futbolçusu oyunda iştirak edə bilməyəcək. Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda zədə səbəbi ilə meydanda olmayacaqlar.
Qeyd edək ki, “Qaziantep” - "Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə 21:00 başlayacaq.