cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Roberto Bordin: "Məğlubiyyətə layiq idik"

10.11.2019 01:15 Oxundu 531


"Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XI turunda "Keşlə"yə səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Demək olar ən pis oyunumuz oldu. Məğlubiyyətə layiq idik. İstədiyimiz oyunu göstərə bilmədik. Bugünkü oyuna görə çox üzgünəm. Futbolçular səviyyələrindən aşağı çıxış etdilər. Təəssüf ki, uduzduq.

 

- Məğlubiyyət daha çox kim payındadı? Baş məşqçinin, yoxsa komandanın?

- Futbol komanda oyunudu. Udanda da hamı udur, uduzanda da hamı. Məğlubiyyət bütün komandanın günahıdı. Futbolçulardan belə oyun gözləmirdik. Elə bil arxayınçılıq var idi. 

 

- Sizə elə gəlmir ki, Dario Federiko daha çox fərdi oyuna üstünlük verir, nəinki komanda?

- Deməzdim ki, məhz Daroyla bağlı problem idi. Komandanın ümumilikdə oyunu zəif idi. Federiko son nöqtəni qoya bilmədi. Etsəydi, bəlkə nəticə başqa cür olardı. Hətta 3-cü qolu da buraxa bilərdik. Fərdi səhvlərimiz çox idi. Futbolçular həftəboyu yaxşı məşq etmişdilər. Normalda heç-heçəni də saxlaya bilərdik, ancaq bacarmadıq. Bu gün bizim günümüz deyildi. Əvvəlki oyunlarımızdan cüzi də olsa, əsər-əlamət yox idi.

 

- Sezar demək olar təkbaşına oyunun taleyini həll etdi. Fasilədə oyunçularınıza tapşırıq vermişdiniz ki, onun qarşısını alın? 

- Təkcə Sezar yox, "Keşlə" bütün komanda olaraq yaxşı oynadı. Meza Kolli qol vurmaqla yanaşı, fərdi cəhətdən güclü futbolçudu. Futbolçularımıza tapşırmışdım ki, onu bağlayın.

 

- Sizcə, oyuna damğa vuranlardan biri baş hakim olmadı?

- Ümumilikdə veridyi qərarlar hər iki tərəfə obyektiv olmalıdı. Turalın sarı vərəqə aldığı epizod bitmişdi, rəqib bütün skamyayla ayağa qalxaraq sarı vərəqə istədi, 20 saniyə sonra verdi. Eləcə də Daboyla Monroza. Elə mənə də sarı vərəqə verdi. Hakim hər iki tərəfə obyektiv olmalıdı. 

 

- Düşünmürsünüz ki, məğlubiyyət limitini artıq bitrmisiniz? Çempionluğa oynayan komanda 11 matçda bu qədər uduzmamalıdı. Çempionluğa hələ də ümidiniz qalıb?

- Hələ tur bitməyib, sabah rəqiblərin oyunları var. Bu məğlubiyyətlə özümüz öz vəziyyətimizi çətinə saldıq. Bu gün komanda özünə bənzəmədi. Çalışacağıq ki, məğlubiyyəti həzm edək və növbəti matçlara yaxşı hazırlaşaq.

 

- Oyunda hakimlərlə yanaşı, rəqib məşqçilərə də etiraz edirdiniz. Nə idi səbəb?

- Bu gün rəqib komanda qələbəyə layiq idi. Biz isə məğlubiyyətə layiq oyun göstərdik. Məğlubiyyətə başqa hansısa bir səbəb axtarmıram. Rəqibin ehtiyat skamyasının reaksiyasına etirazımı bildirdim.