cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Bundesliqada baş məşqçi istefası

10.11.2019 12:34 Oxundu 436


Almaniya Bundesliqa təmsilçisi "Köln" baş məşqçisi Axim Bayerlorzerlə yolları ayırıb.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən bu addım atılıb. "Köln"ü müvəqqəti olaraq Andre Pavlyak və Manferd Şmidin çalışdıracağın bildirilib.

Qeyd edək ki, Almaniya klubu  hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.