10.11.2019 15:00
415

Rusiya çempionatında 16-cı turun oyunları keçirilir.
Cempion.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su səfərdə "Rubin"lə qarşılaşıb.
Oyunun taleyini 1 qol həll edib. Şimanskinin 23-cü dəqiqədə vurduğu qol paytaxt klubuna qələbə gətirib - 1:0.
Oyunun ən maraqlı məqamlarından biri hakimin səhvən "Rubin"in futbolçusu Zuevə 45-ci dəqiqədə qırmızı vərəqə göstərməsi olub.
Şeydayev 73-cü dəqiqədə Maksimilian Filippin əvəzinə meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Dinamo" 11-ci pilləyə yüksəlib.