10.11.2019 16:02
462

Azərbaycan klubları avrokuboklarda bir mövsüm ərzində vurulan qol sayında yeni rekorda imza atıblar.
Cempion.az xəbər verir ki, təmsilçilərimizin cari mövsüm vurduğu qolların sayı 39-a çatıb.
Bu, Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL – “Qarabağ” matçında rəsmiləşib. Oyunda hesabı açan Maksim Medvedevin vurduğu top Azərbaycan klublarının cari mövsümdəki 39-cu qolu olub.
Bu da 1994-cü ildən avrokuboklarda çıxış edən ölkəmiz üçün ən yüksək göstəricidir. Əvvəlki rekord 38 qolun vurulduğu 2016/17 mövsümündə qeydə alınmışdı.
Cari mövsümün 39-cu qolu 22-ci qarşılaşmada vurulub. Bu toplardan 19-u “Qarabağ”, 16-sı “Neftçi”, 4-ü “Səbail”in hesabındadır. M.Medvedev avrokuboklarda özünün ikinci qoluna imza atıb.