10.11.2019 17:05
467

Millimizin baş məşqçisi Nikola Yurçeviç Uels və Slovakiya ilə oyunlar üçün heyəti açıqlayıb.
Cempion.az xəbər verir ki, 24 nəfərlik heyətdə "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev yoxdur. Maraqlıdır ki, 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında son 4 oyunda 4 məhsuldar ötürmə verib. Bundan başqa, Hacıyev bir dəfə həftənin ən yaxşı indeksə malik oyunçusu olub.
Rəhman xorvatiyalı mütəxəssisin seçiminə özünəməxsus formada etiraz edib. O, şəxsi "İnstagram" səhifəsinin "hekayə" bölümündə "Neftchi Baku Fan Page"nin "Rəhman Hacıyev nə etməli idi ki, milli komandaya çağırılsın" yazılmış fotonu paylaşıb. Görünür, "Neftçi"nin futbolçusu da Yurçeviçin seçimindən razı deyil.