bazar, 29 iyun 2025

BİZİM FUTBOL

"Barselona"dan təklif aldığını dedi

10.11.2019 18:08 Oxundu 454


"River Pleyt"in baş məşqçisi Marselo Qalyardo "Barselona"da Erneste Valverdeni əvəzləyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, argentinalı Kataloniya klubunu çalışdırmayacağını, "Barsa"dan təklif almadığını söyləyib.

O, yayılan xəbərləri şaiyə adlandırıb: "Barselona"? Bu sadəcə şaiyədir. Ona görə də buna şərh vermək istəmirəm. "Barselona"dan heç bir təklif almamışam, kimsə mənimlə görüşməyib".