cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

10.11.2019 19:11 Oxundu 405


2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

Cempion.az-ın "The Morning Consult" nəşrinə istinadən verdiyi xəbərə görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb.

Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki “MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.