cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Stanislav Namaşko: "Bunu bilə-bilə rəqibə imkan verdik ki, istifadə eləsin" - MÜSAHİBƏ

10.11.2019 11:05 Oxundu 431

"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşko "Neftçi" ilə oyundan sonra Cempion.az-a eksklüziv müsahibə verib.



- Öncə oyunla bağlı fikirlərindən başlayaq. Çətin də olsa qələvə qazana bildiniz...

- Çətin oyun oldu. Rəqib çox güclü idi və üstəlik, oyunda hesabı açan tərəf oldu.  Ancaq afərin uşaqlara ki, bu cür çətin oyunda hesabvı xeyrimizə dəyişib qələbə qazana bildik.

- Rəqibin hesabı açdığı epizodda nə baş verdi. Çünki həmin ana qədər üstün tərəf "Keşlə" idi...

- Bəli, hardasa gözlənilməz sayıla bilər. Amma eyni zamanda biz bilirdik ki, rəqib standart vəziyyətlərdən istifadə etməyi bacarır. Bunu edəcək güclü futbolçuları da var. Təəssüf ki, bunu bilə-bilə rəqibə imkan verdik ki, istifadə eləsin.

- Hazırda 2-ci pillədə qərarlaşmısınız. Mövsümün sonunda medalçılar sırasında qərarlaşmaq üçün ilk növbədə nə etməlisiniz?

- Bütün oyunlara və rəqiblərə ciddi yanaşmalıyıq. Əsas rəqib gözü ilə tək "Qarabağ" və "Neftçi"yə baxmaq olmaz. Mövsümün sonuna kimi uzun bir yol var. Bundan sonrakı bütün oyunlara ciddi yanaşıb maksimum nəticə üçün vuruşmalıyıq.

- Daha öncə AZAL-da da oynamısan. O dövrün çempionatı ilə hazırkı çempionat arasında hansı fərq var?

- AZAL-da oynadığım dönəm Azərbaycan çempionatında ciddi rəqabət var idi. Çempionatda "Simurq", "Xəzər Lənkəran", "Bakı", "İnter" kimi komandalar var idi. Düzdür, indi də "Zirə", "Sabah", "Səbail" var. Oyun keyfiyyəti baxımından deməzdim ki, indiki keyfiyyət aşağı düşüb. Çünki "Neftçi" Avropa Liqasında pis oynamadı, "Qarabağ" illərdi stabil oynayır. Sadəcə, o dövrlə müqayisədə yeganə fərq hazırda komanda sayının az olmasıdır.

- AZAL-da oynadığın dönəmdə Moldova millisinə dəvət alırdın. Yenidən belə bir şansın var?

- Milli komanda ilə bağlı mənə də çatmayan bəzi tendensiyalar var. Amma buna fikir vermirəm. Zamanında milli komandaya dəvət almışam. Bundan sonra necə olacağını da bilmirəm. Hər halda, məşqçinin qərarına hörmətlə yanaşıram. Hazırda qarşımda duran əsas vəzifə şərəfini qoruduğum kluba kömək etməkldir.