cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Ayxan Abbasov: "Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk"

11.11.2019 03:08 Oxundu 446


"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XI turunda "Sabah"ı səfərdə 3:1 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüşü şərh edib.

 

- Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yerimizi dəyişə – ya yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq. Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz “Sumqayıt”ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq.

 

- Qol imkanlarını yetərincə boşa verirsiz. Problem nədədi?
- Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk.

 

- Sanki hər futbolçu özü qol vurmaq istəyir. Son epizodda da Əmir Ağayev daha əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə etmədi…
- Son epizodda hardasa sizinlə razıyam. Əmir o epizodu öz üzərinə götürdü və düşünürəm ki, bu oyunda qol vurmağa layiq idi. Amam digər futbolçular deməzdim ki, fərdi oyuna üstünlük verirdi. Mehdi Şərifi oyuna girdikdən sonra Peyman Babayiyə ötürmə verdi. Elvin Cəfərquliyev son oyunlarda yaxşı çıxış edir. Ümumiyyətlə siz dediyiniz məqamın olmasına heç vaxt imkan vermərik.

 

- İlqar Qurbanov heyətin ən təcrübəlisidi. Ancaq şans qazanmır. Bu, nə ilə bağlıdı?
- Tək İlqar yox, digər oyunçular da var. Təəssüf ki, hər kəsə şans vermək olmur. Əskiklərimiz var, düzdü. İlqar və digər futbolçulara da inanıram. Bu gün oyundan əvvəl paltardəyişmə otağında dedim ki, çox çalışmalısız ki, oynayasız. İlqara inanıram.


- “Sumqayıt” bu oyunla çempionatda hansı yerə iddia edə bilər?
- İlk hissə komandada rahatlıq vardı. Ancaq 2-ci hissə fərqli oldu. 90 dəqiqə belə oynamaq çətindi. Belə tempdə oynamağı davam etdirə bilsək, nəticə də gələcək.