cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Ramin Quliyev: "Komanda içində bu cür davranış yolverilməzdir"

11.11.2019 03:14 Oxundu 459


"Rəqibi tərbik edirəm. İlk hissədə bərabər oyun olsa ad, fasilədən sonra vəziyyət dəyişdi. Epizodlara görə biz də uda bilərdik. Müdafiədə səhvlərimiz oldu. Ulis Diallo ikinci hissədə fürsəti dəyərləndirə bilsəydi, nəticə fərqli olardı. Futbol belədir - vurmayana vururlar".

Cempion.az xəbər verir ki, bunu "Sabah"ın məşqçisi Ramin Quliyev Premyer Liqanın XI turunda evdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında söyləyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, orta xəttə zədəli futbolçuları var: "Coşqun Diniyev zədəlidir. Rəşad Eyubov bir az özün pis hiss edir deyə, məşqlərə qatılmır. Yenə deyirəm, bu gün ikinci hissədə "Sumqayıt" daha üstün oynadı. Bəxt amili də sözün dedi. Biz vurmadıq, epizodun davamında rəqib vurdu. Yəni, taktiki baxımdan səhvimiz olmadı". 

Quliyev Cavid İmamverdiyevin zədəsinin ağır olmadığını bildirib. O, legionerlərin zəif çıxış etməsinə də toxunub: "Qışa qədər 3 oyunumuz var. Yeni gələnlərin içində komandaya uyğunlaşanlar da var, uyğunlaşmayanlar da. Onlara vaxt lazımdır - demək də bir qədər də düz deyil. Ola bilər ki, qışda hansısa legioner barəsində qərar verilər. Ancaq indidən kiminsə ümidləri doğrultamadığını söyləmək də düz deyil".

Gənc məşqçi künc zərbəsi zamanı Ulis Diallonun Cavid İmamverdiyevi itələyərək ona qışqırmasına da münasibət bildirib: "Həmin epizodu biz də gördük. Komanda içində bu cür davranış yolverilməzdir. Bu haqda ölçü götürəcəyik".