çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Robben millidən getməyəcək

19.07.2016 13:56 Oxundu 1516

”Bavariya”nın 32 yaşlı yarımmüdafiəçisi Aryen Robben səhhətindəki problemlərə rəğmən Hollandiya millisində oynamağa davam etmək niyyətindədir.

O deyib ki, milli karyeramı başa vurmaq haqqında düşünmürəm: "Millidən getmək haqda hələ ki, düşünmürəm. Düzdü, zədələrlə bağlı problemlərim olur. Bu mənada, millidən getmək daha çox istirahət etmək mənasında işimə yarayar. Ancaq mən millidə oynadığım üçün qürur duyuram. Yığmanın kapitanıyam və sarğını daşıdığım üçün fəxr edirəm”.

Qeyd edək ki, 2003-cü ildən Hollandiya millisinə çağırılan Robben “narıncılar”ın heyətində 88 oyunda 30 qola imza atıb.