cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Pavel Paşayevin komandası heç-heçə oynadı

11.11.2019 14:00 Oxundu 436


Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə "Olimpik"lə (Donetsk) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, 54-cü dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, “Aleksandriya” 14 turdan sonra 24 xalla 12 komanda arasında 5-ci pillədə qərarlaşıb.