11.11.2019 15:00
546


"ASK Arena"nın süni örtüyün yenisi ilə əvəzləndiyi üçün "Keşlə" çempionatdakı ev oyunlarını Bayılda keçirməyə məcbur olub. Komanda son turda "Neftçi"ni də sözügedən stadionda qəbul etdi. Halbuki həmin oyunun "ASK Arena"da keçirilməsi nəzərdə tutulmuşdu və buna hazırlıq da görülmüşdü.
Cempion.az-a açıqlama verən klub rəsmisi Səbuhi Məmmədov problemin hava şəraiti ilə bağlı olduğunu bildirdi: "Stadionun yeni örtüyü hazırdı. "Neftçi"ni də öz meydançamızda qəbul etməyə hazırlaşırdıq. Lakin anidən hava şəraitinin dəyişməsi və intensiv yağışların yağması planlarımızı pozdu. Çünki bizdə süni örtükdür və onun tam yapışması lazımdır. Yağış isə bərkiməyə mane olur. Odur ki, risk edib "Neftçi" ilə oyunu "ASK Arena"ya salmadıq. Amma "Sumqayıt"la növbətui ev matçımızı 100 faiz öz stadionumuzda keçirəcəyik".