cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Kante karyerasını "Çelsi"də bitirə bilər

11.11.2019 16:27 Oxundu 427


"Karyeramı "Çelsi"də bitirə bilərəm".

Cempion.az Britaniya mediasına istinadən xəbər verir ki, bu açıqlama "Çelsi"nin fransız legioneri Nqolo Kanteyə məxsusdur.

O, bildirib ki, 2015-ci ildə "Marsel"i deyil, "Lester"i seçməklə düzgün qərar verib: "Lester"də çempionluq qazandım və bu məni İngiltərədə tanıtdı. Oradan isə "Çelsi"yə gəldim.

Artıq burada 3-cü mövsümdür keçirirəm. "Çelsi" ilə müqaviləm hələ 2023-cü ildə bitəcək. Amma mən karyeramın sonuna qədər bu komandada qalmaq istərdim. Özümü başqa klubda təsəvvür etmirəm. "Çelsi" mənə çox kömək edib. Ona görə sevimli komandamla birlikdə çoxlu titullar, kuboklar qazanmaq istəyirəm".