11.11.2019 18:05
562

İspaniya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, millimizin heyətində çıxış edən Eddi İsrafilovun komandası doğma meydanda "Luqo" ilə qarşılaşıb.
90 dəqiqə meydanda olan İsrafilovun klubu doğma azarkeşlərini məyus edib - 0:1.
Balompe təmsilçisi aktivindəki 22 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.