12.11.2019 17:28
460

Uels millisinin və "Real"ın futbolçusu Qaret Beylin hazırda heç bir zədə problemi yoxdur.
Cempion.az İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli hücumçu yığmanın düşərgəsində komanda ilə ümumi məşqlərdə iştirak edib.
Onun Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla matçda oynayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan - Uels görüşü noyabrın 16-i saat 21:00-da başlayacaq.