12.11.2019 19:42
397


Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Start heyətdə meydana çıxan Nazarov 80-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 13 turdan sonra 20 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.