çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Kipr qəzeti "Qarabağ"ın futbolçularını dəyərləndirdi

12.11.2019 14:00 Oxundu 425


Kiprin ən böyük idman qəzeti “Sportday” APOEL – “Qarabağ” oyununda forma geyinən futbolçuları qiymətləndirib.

Cempion.az xəbər verir ki, həmkarlarımız öz komandalarından ən yaxşısı kimi 75-ci dəqiqədə meydana çıxaraq, qələbədə böyük pay sahibi olan George Efremə “9” verib.

Qapıçı Vid Belets “8” alıbsa, Souza ilə Musa Əl-Tamari 7-yə layiq görülüb.

“Qarabağ”lılardan Maksim Medvedev, Miçel və Abdulla Zubir 6,5 balla oyundaşları arasında seçilib. Aylton, Araz Abdullayev, Dani Kintana, Rəşad Sadıqov, Riçard Almeyda, Bədavi Hüseynov və sonradan meydana çıxan Xayme Romeronun qiyməti “6”, Asmir Beqoviçlə Qara Qarayevin qiyməti “5,5” bal təşkil edib.

83-cü dəqiqədə meydana çıxan Abbas Hüseynov qiymətsiz qalıb. Zədələnən Danini 17-ci dəqiqədə əvəzləyən və matçın sonuna yaxın qurban Qurbanov tərəfindən yenidən kənara alınan Maqaye Geye ən aşağı qiymət alıb – 4.

Daha bir maraqlı məqam odu ki, “Sportday” Tomas Dollun əməyini 6,5, Qurban Qurbanovun performansını 6 balla qiymətləndirib.