12.11.2019 15:00
493

"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov əvvəlki baş məşqçi Samir Abasovun dövründə edilən transferlərdən razı deyil. Odur ki yeni transferlər istəyir.
Cempion.az-a daxil olan məlumata görə klub rəhbərliyi baş məşqçinin istəyini yerinə gətirmək niyyətindədir.
Belə ki iki əcnəbi futbolçu ilə danışıqlara başlanılıb. Danışıqlar müsbət olsa hər ikisi qış toplanışına Bakıya gələcək. Adları açıqlanmasa da hər ikisi ön xətt oyunçularıdır.