cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Slovakiya millisinin heyətində dəyişiklik

12.11.2019 16:36 Oxundu 424


Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib.

Cempion.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Pavel Hapal mətbuat konfransında bildirib. O,   Laslo Beneşi (“Borussiya”, Mönhenqladbax, Almaniya) zədəli olduğu üçün heyətdən çıxardığını söyləyib. Əvəzində isə "Breşiya"nın üzvü Nikolas Şpalek milliyə çağırılıb.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.