cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Slovakiyalı futbolçu: "Azərbaycanla oyun haqda düşünməyə başlayanda..."

13.11.2019 10:07 Oxundu 407


"6 oyundan sonra hər şey hələ də öz əlimizdədir. Son iki matçda Xorvatiya və Azərbaycana qalib gəlsək, qrupu birinci yerdə bitirəcəyik".

Cempion.az-ın "SİTA"ya istinadən yaydığı xəbərə görə, bu sözləri Slovakiya millisinin futbolçusu David Hançko  Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi deyib.

"Xorvatiya ilə ev oyununda əsəbi idik. Həmin matçdakı çatışmazlıqları aradan qaldırsaq, Xorvatiyada uğur qazana bilərik. Avropa çempionatına getmək arzusu hamımızda çox böyükdür" - deyə o bildirib.

22 yaşlı müdafiəçi daha sonra söyləyib: "Azərbaycanla oyun haqda düşünməyə başlayanda Xorvatiya ilə də bir matçımızın olduğunu fikirləşirəm. Məşqdə bütün diqqətimi cəmləyib, yalnız növbəti duel barədə düşünürəm. İnanıram ki, noyabrdakı matçları gözəl olacaq və sonra bunu qeyd edəcəyik".