13.11.2019 14:00
441

"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edib.
Cempion.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədələnməsidir. Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə matçda zədələndiyi məlum olub.
Onun Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya (14 noyabr) və Komor adaları (18 noyabr) ilə görüşləri buraxacağı bildirilib.