13.11.2019 14:30
425

"Milan" futbolçusu Daniel Maldini ilə yeni müqavilə imzalayıb.
Cempion.az-ın klubun "Tvitter"səhifəsinə istinadən yaydığı xəbərə görə, 18 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, D.Maldini klubun əfsanəvi futbolçusu, hazırda idman direktoru vəzifəsində çalışan Paulo Maldininin oğludur.