cümə, 19 aprel 2024

BİZİM FUTBOL

AFFA İcraiyyə Komitəsinin sabiq üzvündən maraqlı təklif: bələdiyyələr futbola cəlb olunsun

13.11.2019 15:00 Oxundu 433

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, eləcə də "Turan" klubunun sabiq vitse-prezidenti Yaşar Sultanov maraqlı ideya ilə çıxış edib.

Cempion.az-a açıqlamasında o, ölkədə futbolun kütləviliyinin artırılması üçün yerli bələdiyyələrin bu idman növünə cəlb olunmasını təklif edib.

Sultanov Türkiyəni bu məsələdə nümunə göstərib: "Bələdiyyənin işi tək torpaq satmaqdan ibarət olmamalıdır. Bu qurum futbolun inkişafında və təbliğində böyük töhvə vermiş olar. Türkiyədə bələdiyyələr nə qədər stadionlar tikir, neçə-neçə klubları maliyyələşdirir. Torpağı satıb-satıb qurtaracaqsan və daha gəlir götürə bilməyəcəksən. Ancaq futbola yatırım edib hansısa stadion tiksən, onu kommersiya məqsədi ilə də istifadə edib daimi gəlir əldə edə bilərsən. Stadionun, məşq meydançalarının icarəsi, stadionun nəzdində kafe-restoranların fəaliyyətini təşkil etmək və s. Türkiyədə sırf bələdiyyələrin maliyyələşdirdiyi nə qədər klub var. Elə "İstanbul Böyük Şəhər Bələdiyyəsi"ni misal göstərmək olar. O komandalar elə-belə saxlanılmır ki. Təbii bələdiyyə həmin komandaların hesabına gəlir də götürür. Futbolçu satışından, bilet, forma satışından, az öncə yuxarıdac sadaladığım sahələrdən və s."