çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

"Sabah"ın legioneri ölkəsinə getdi

13.11.2019 17:00 Oxundu 427


Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Sabah"ın cənubi afrikalı yarımmüdafiəçisi Hendrik Ekşteyn ölkəsinə yollanıb.

Cempion.az-ın xəbərinə görə, bu barədə o, şəxsi "Facebook" səhifəsində məlumat verib. "Pule" ləqəbli futbolçu vətənində olmasını "Hello, South Africa" (Salam, Cənubi Afrika) paylaşımı ilə bildirib.

Qeyd edək ki, Ekşteyn mövsümün əvvəlindən "Sabah"da çıxış edir.