13.11.2019 18:32
437

Premyer Liqada 2019/2020-ci illər mövsümünün 100-cü qolu vurulub.
Cempion.az xəbər verir ki, bu, 11-ci turun “Sabah” - “Sumqayıt” görüşündə qeydə alınıb.
3:1 hesabı ilə qalib gəldiyi matçda Əmir Ağayevin vurduğu son qol mövsümdə 100-cü olub. Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. Mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.