cümə, 29 mart 2024

BİZİM FUTBOL

Millət məkili: "...Azərbaycanda futbol olmayacaq"

13.11.2019 19:00 Oxundu 539

"Mən Lüksemburqda da olmuşam. Cırtdan bir ölkədir. Ölkənin o başı ilə bu başını itirirsən. Çünki qonşu dövlətə keçirsən. Çay içməyə girdik, gördüm balaca rayondur. Ümumiyyətlə, bu cür ölkələr pilot layihələrdir".

 
Cempion.az xəbər verir ki, bu sözləri "yenimüsavat"a açıqlamasında deputat Aqil Abbas deyib.
 
Aqil bəy sözügedən ölkələrdə futbolun vəziyyətindən danışarkən bunları söyləyib: "Məqsəd budur ki, Avropa Birliyinin qarşısında onların da bayraqları olsun. Amma 300-500 min əhalisi olan ölkənin futbol liqasında 14 klub oynayır. Əhalisi Sumqayıtın camaatından azdır, amma 10 milyonluq ölkəyik, çempionata 8 komanda çıxarırıq. Bu klubların da demək olar ki, hamısı Bakıdadır. "Sumqayıt” klubu Bakının qulağının dibidir, "Qarabağ” Ağdamda oynamır, bircə "Qəbələ” qalıb. Onun da adını dəyişsinlər, gəlib paytaxtda oynasın. Belə olmaz axı?! Əgər Gəncədə, Tovuzda, Lənkəranda, futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq"