şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

U-17 millimiz Yunanıstan önündə darmadağın oldu

13.11.2019 21:23 Oxundu 351


Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub. 

Cempion.az xəbər verir ki, millimiz ilk oyununu keçirib. Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

 

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

17:00. Yunanıstan - Azərbaycan - 6:1
Qollar: Kristos Liatsos, 36 (1:0), Georgioz Koutsias, 44 (2:0), Kitsakis, 45+1 (3:0), Berkay Vardar, 62 (3:1), Kristopoulos, 74 (4:1), Kristos Liatsos, 84 (5:1), Georgios Surmis, 90+5 (6:1)
Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.