çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

UEFA veteranlar üçün hər il AFFA-ya 100 min pul ayırır? - ÖZƏL!

14.11.2019 12:00 Oxundu 433

UEFA bir sıra layihələr çərçivəsində hər il yerli futbol federasiyalarına müəyyən məbləğdə vəsaitlər ayırır. AFFA da bu yardımlardan  kənar qalmır. Həm hakimlər həm də uşaq futbolu üçün yetərincə məbləğ ayrılır.

Cempion.az-ın əldə etdiyi məlumata görə futbol veteranları da bu diqqətdən kənar qalmır.

Belə ki AFFA hər il UEFA-dan həm də veteran futbolçulara görə maliyyə alır. Alıdğımız məlumata görə dəyəri 100 min avrodur. Yəni UEFA veteran fubolçulara diqqət və qayğı üçün hər il AFFA-ya bu məbləğdə maliyyə yardımı ayırır. Həmin vəsait veteranlara hansı formada xərclənir yaxud ümumiyyətlə xərclənirmi bu artıq başqa söhbətin mövzusudur.