14.11.2019 12:30
441

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları müəyyənləşib.
Cempion.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.