14.11.2019 14:15
436


İngiltərə millisi Avro-2020-nin seçmə mərhələsində yubiley oyununu keçirəcək.
Cempion.az xəbər verir ki, Monteneqro ilə qarşılaşacaq britaniyalılar tarixində 1000-ci oyununa çıxacaq.
Bu isə dünya futbolunda rekord göstəricidir. İngilislər ilk oyununu 1872-ci ildə Şotlandiyaya qarşı keçirib.
Qeyd edək ki, bu gün “Uembli” stadionunda keçiriləcək İngiltərə – Monteneqro qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.