14.11.2019 16:37
433

Türkiyə millisi ciddi itki ilə üzləşib.
Cempion.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib. Bu səbəbdən onun Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə matçlarda oynamayacağı bildirilib.
Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.