14.11.2019 20:00
480
480

"Bavariya"nın futbolçusu Robert Münhen təmsilçisində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Cempion.az xəbər verir ki, o, klubun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, 75.6 faiz səslə 1-ci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.
Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilib. Bu isə rekord göstəricidir. 31 yaşlı futbolçudan əvvəl heç kim bu uğura nail olmamışdı.
Qeyd edək ki, Levandovski oktyabrda 6 matçda 7 qol vurub.