14.11.2019 14:28
445

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu canlı yayımlanacaq.
Cempion.az xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Sumqayıtdakı “Kapital Bank Arena”da olacaq görüş saat 18:00-da başlayacaq.