14.11.2019 22:49
536


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Cempion.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbu edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk turunda səfərdə bu rəqibinə eyni hesabla uduzan milimiz məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.
14 noyabr
Avro-2021-in seçmə mərhələsi
2-ci qrup
18:00. Azərbaycan - Lixtenşteyn - 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”
1. | İsveçrə
|
3 | 3 | 0 | 0 | 8:1 | 9 |
2. | Fransa | 2 | 2 | 0 | 0 | 10:3 | 6 |
3. | Gürcüstan | 3 | 2 | 0 | 1 | 8:2 | 6 |
4. | Azərbaycan | 6 | 2 | 0 | 4 | 3:11 | 6 |
5. | Slovakiya | 3 | 1 | 0 | 2 | 8:9 | 3 |
6. | Lixtenşteyn | 5 | 1 | 0 | 4 | 3:14 | 3 |