cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Ağabala Ramazanova Küveytdən 220 minlik təklif

15.11.2019 11:00 Oxundu 444


Azərbaycan millisinin və "Səbail”in hücumçusu Ağabala Ramazanov yeni ildən etibarən karyerasını Küveytdə davam etdirə bilər. Yüksək liqa təmsilçisi "Əl-Ərəbi” yenə də 26 yaşlı forvardın transferində israrlıdır. "Əl-Ərəbi” Küveyt Premyer Liqasına uğurlu start verməyib. Komandanın 6 turdan sonra 2 xalı var. Klub rəhbərliyi buna görə heyəti qışda gücləndirməyə qərar verib.

Cempion.az xəbər verir ki, ərəblər yığmamızın üzvünə son olaraq illik 220 min dollar təklif edib. Müqavilə müddəti ilə 3 il nəzərdə tutulub.

"Əl-Ərəbi” Ramazanovu yola gətirmək üçün maraqlı varianta əl atıb. Futbolçunun nəzərinə çatdırılıb ki, əgər Küveytdə oynamağa razılıq versə, onu hava limanınlda 2000-dən çox azarkeş qarşılayacaq, küçələrə şəkilləri vurulacaq, telekanallarda "Azərbaycanın Hazardı" tipli tanıtım rolikləri gedəcək.

Küveytdə daha bir azərbaycanlı futbolçu çıxış edir. Söhbət yayda "Qəbələ”dən "Əl-Salmiyə”yə keçən Kamal Mirzəyevdən gedir. 25 yaşlı yarımmüdafiəçi qısa müddətdə komandasında əsas heyət üzvünə çevrilib.