cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" Pedro üçün "Kayserispor"la danışıqlara başlayacaq?

15.11.2019 15:00 Oxundu 412

Pedro Enrike yenidən "Qarabağ"a qayıda bilər.

Cempion.az-a daxil olan məlumata görə, futbolçu özü də bunu istəyir və bu yaxınlarda Bakıda olarkən bununla bağlı klub rəhbərliyi ilə ilkin müzakirələr də aparılıb.

Çünki sözügedən futbolçunun Türkiyənin "Kayserispor" klubu ilə müqaviləsi var. Bunun üçün də "Qarabağ" Pedro üçün türklərlə mütləq danışıq aparmalıdır. Əldə etdiyimiz məlumata görə, Kayseri təmsilçisi Enrikeni əvəzedilməz futbolçu saymadığı üçün gedişinə əngəl yaradacağı inandırıcı görünmür. "Qarabağ" da məhz bu məqamdan istifadə edib yanvarda "Kayserispor"la danışıqlara başlamağı planlaşdırır.