cümə axşamı, 22 may 2025

DÜNYA FUTBOLU

Avro-2020: Türkiyə final mərhələdə

15.11.2019 04:35 Oxundu 518


AÇ-2020-nin seçmə mərhələsində IX turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, A, B və H qruplarında bir sıra məqamlara aydınlıq gəlib.

Tura maraq olduqca böyük idi. Reallaşacaq 7 qarşılaşma final mərhələsinə 5 vəsiqənin taleyini həll edə bilərdi.

H qrupunun lideri olan Türkiyə evdə İslandiyaya yenilməsə, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi. Həm də şimallılar səfərdə 3 xal görməsə, Fransa da AVRO-2020-yə yüksələcəkdi...

Gərgin alınan dueldə nəfəsləri kəsən anlar yaşansa da, tərəflər qapı torunu silkələməyi bacarmayıb. Türkiyə millisi Fransa yığmasıyla birgə qitə birinciliyinə vəsiqə qazanıb. Fransızlar türklərin xal itkisindən yararlanaraq, Moldova üzərində qələbə ilə həm də qrup liderliyini ələ keçiriblər.

A qrupunda İngiltərə Monteneqroya uduzmasa, Çexiya isə Kosovonu üstələsə, hər iki komanda vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Belə də olub. İngilislər darmadağın, çexlər isə əzmkar qələbə ilə istəklərinə çatıblar.

B qrupunda Ukraynadan sonra Portuqaliya da final mərhələsinə yollanmağa yaxın idi. Bunun üçün portuqallar qalib gəlməli, Serbiya da Lüsksemburqla görüşdə xal itirməliydi. Amma həm Portuqaliya, həm də Serbiya qalib gəldiyindən, hər şeyə son turda aydınlıq gələcək.

 

AVRO-2020-nin seçmə mərhələsi

IX tur

14 noyabr

 

A qrupu

 

İngiltərə - Monteneqro 7:0
Qol:O.Çemberleyn, 11. H.Keyn, 19; 24; 37. Reşford, 30. Sofranaç, 66-öz qapısına. T.Abraham, 84.

Çexiya – Kosovo 2:1
Qol:Kral, 71. Çelustka, 79 – Nuhiu, 50.

 

 

 

1

İngiltərə

7

6

0

1

33-6

18

2

Çexiya

7

5

0

2

13-10

15

3

Kosovo

7

3

2

2

13-12

11

4

Monteneqro

8

0

3

5

3-22

3

5

Bolqarıstan

7

0

3

4

5-17

3

 

 

 

 

 

 

 

 

 

 

B qrupu

 

Serbiya – Lüksemburq 3:2
Qol:Mitroviç, 11; 43. Radonyiç, 70 – Rodriqes, 54. Turpel, 75.

Portuqaliya – Litva 6:0
Qol:Ronaldo, 7-pen; 22; 65. Pitsi, 52. Pasiensiya, 56. B.Silva, 63.

 

1

Ukrayna

7

6

1

0

15-2

19

2

Portuqaliya

7

4

2

1

20-6

14

3

Serbiya

7

4

1

2

15-15

13

4

Lüksemburq

7

1

1

5

7-14

4

5

Litva

8

0

1

7

5-25

1

 

 

 

H qrupu

 

Türkiyə - İslandiya 0:0

Fransa – Moldova 2:1
Qol:Varan, 35. Jiru, 79-pen – Rata, 9.

Albaniya – Andorra 2:2

Qol:Balay, 6. Manay, 55 – Martines, 18; 48.

 

1

Fransa

9

7

1

1

23-6

22

2

Türkiyə

9

6

2

1

16-3

20

3

İslandiya

9

5

1

3

12-10

16

4

Albaniya

9

4

1

4

16-12

13

5

Andorra

9

1

1

7

3-18

4

6

Moldova

9

1

0

8

3-24

3