cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"nin bazasında işlər yarımçıq qalıb

15.11.2019 17:00 Oxundu 415

"Neftçi" rəhbərliyi hələ ötən ildən Bakıxanovdakı bazasının 2019-cu ilin yayında tam yekunlaşacağını bildirsə də deyilən vaxtda verilən sözə əməl olunmadı.

Cempion.az xəbər verir ki, ilin sonuna yaxınlaşsaq da böyük ehtimalla heç bir yenilik olmayacaq.

Çünki hazırda bazada işlər yarımçıq saxlanılıb. Deyilənə görə, SOCAR 2019-cu il üçün bazaya əlavə vəsait ayırmayıb. İşlərin yalnız 2020-ci ilin fevralından davam etdiriləcəyi gözlənilir.