çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

"Qarabağ"ın futbolçusu millidə oynamaq şansı qazanmadı

15.11.2019 13:24 Oxundu 397


"Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi yoxlama oyunu keçirib.

Cempion.az xəbər verir ki, komanda doğma meydanda Paraqvay yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
 
Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyanı qəbul edəcək.