çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Stanislav Çerçesov milliyə gətirilir

19.07.2016 14:02 Oxundu 1620

Bu həftənin şənbə günü Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsi ölkə milli komandasına yeni baş məşqçinin təyinatı məsələsini müzakirə edəcək. Bu barədə məlumatı RFİ-nin saytı yayıb. İclasda həmçinin millinin “Avro-2016”dakı uğursuz çıxışı müzakirə olunacaq.

Rusiya mətbuatı isə milli komandaya Stanislav Çerçesovun gətiriləcəyini bildirib. Onun illik 1.5 milyo avro maaş alacağı iddia edilir.

Qeyd edək ki, S.Çerçesovun son iş yeri “Legiya” olub. Onun rəhbərliyi altında bu komanda ötən mövsüm Polşa çempionu adını və kubokunu qazanıb.