çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın futbolçusu Lixtenşteyn üzərindəki qələbəni şərh etdi

15.11.2019 19:22 Oxundu 413


Bu gün keyfiyyətli oyun oynamadığımızı deməzdim. Məncə, yaxşı oyun keçirdik. Sadəcə, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Düzdür, daha yaxşı oynaya bilərdik. Amma əsas xaldır. İstənilən rəqibə hörmətlə yanaşırıq".

Cempion.az xəbər verir ki, bu sözləri AÇ-2021-in seçmə mərhələsinin Lixtenşteynlə oyunundan sonra millimizin yarımmüdafiəçisi İsmayıl İbrahimli deyib. 1:0 hesablı qələbəni şərh edən "Qarabağ"ın futbolçusu vacib xallar əldə etdiklərini bildirib:

"Qol epizodlarında ustalıq öz sözünü deyir. Ustalıq səviyyəsi nə qədər yüksək olsa, qol vurmaq şansımız bir o qədər çox olar. 1:0-la 3:0-ın fərqi yoxdur. Əsas qələbədir. Üzərimizdə təzyiq hiss edirdik. Son məqamlarda bir az tələskənlik olurdu. Buna baxmayaraq, qələbə qazandıq".

İsmayıl matça revanş almaq üçün çıxmadıqlarını deyib: "Həmin epizodda komanda yoldaşımı görmədim, səsini eşitmədim. Heç bir paxıllıqdan söhbət gedə bilməz. Revanş haqda düşünmürdük. Hər oyuna qələbə üçün çıxırıq. Sadəcə, dünən dedik ki, Lixtenşteyni udmalıyıq. Hərşey istədiyimiz kimi oldu".