16.11.2019 17:20
410

İtaliya millisi “Avro-2020”nin seçmə mərhələsində dünən Bosniya və Hersoqovinaya 3:0 hesabı ilə qalib gəlib.
Cemрion.az “Opta Paolo” Tvitter səhifəsinə istinadən yazır ki, italyanlar yoxlama matçları da daxil olmaqla tarixində ilk dəfə dalbadal 10 oyunda qələbə qazanmış olub. Bununla da baş məşçi Roberto Mançini1938-ci ildə dalbadal 9 matçda qalib gələn həmkar Vitorio Potsonun rekord qırıb.
Qeyd edək ki, İtaliya qrupda 1-ci yeri təmin edərək “Avro-2020”yə vəsiqə qazanıb.