cümə, 29 mart 2024

BİZİM FUTBOL

Giqqs oyundan və nəticədən razı qalıb

17.11.2019 00:40 Oxundu 372


"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".

Cempion.az-ın məlumatına görə, bu sözləri  Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin matçları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".

O deyib ki, Azərbaycanla görüş də digər oyunlar kimi çətin keçib. "Bu gün Macarıstan qrupda istirahət edir. Bu növbəti matçda onlara əlavə güc verə bilər. Bu günkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".

Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik".