cümə, 29 mart 2024

BİZİM FUTBOL

Slovakiya - Azərbaycan matçının hakimləri açıqlandı

17.11.2019 11:11 Oxundu 381


AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.

Cempion.az-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey Boykoya yan xətt hakimləri - Vladimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.