17.11.2019 15:48
462

Milli komandamızın sabiq futbolçusu Amit Quluzadə karyerasını yenidən xaricdə davam etdirə bilər.
Cempion.az xəbər verir ki, 26 yaşlı oyunçuya bu dəfə Lüksemburqdan təklif gəlib. Quluzadə “Differdanj” keçə bilər. Danışqılar hazırda davam edir və maddi məsələlərdə razılıq əldə olunarsa, millimizin sabiq üzvü Lüksemburqa yollanacaq.
“Neftçi” yetirməsi olan Amit karyerası ərzində “Kayseri Ərciyəsspor”, “Rəvan”, “Qəbələ”, “Sumqayıt”, “Səbail” “Atletiko”(Portuqaliya), “Larissa”(Yunanıstan), “Drita”(Kosovo), “Çelik”(Bosniya və Herseqovina) klublarında çıxış edib.