şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Mançester Yunayted"dən gedəcəyini martda demişdi

17.11.2019 18:28 Oxundu 401


"İnter"in hücumçusu Romelu Lukaku "Mançester Yunayted"dən ayrılması haqda danışıb.

Cempion.az xəbər verir ki, belçikalı İngilətərə klubundan ayrılmamışdan əvvəl bunu baş məşqçiyə danışdığını bildirib:

"Sulşerə böyük hörmətim var. Mən martda ona İngiltərədən ayrılmaq istədiyimi bildirmişdim. O da hər şeyi başa düşmüşdü. İngiltərə Premyer Liqasına 18 yaşlı gənc kimi gəlmişdim. İndi isə 26 yaşım var. Sulşer məni komandada saxlamaq istəyirdi. Amma mən yeni işlər üçün özümü hazır hesab edirdim".

Belçika millisinin üzvü 12 oyuna 9 qol vurub.